Avandsis Group

Elektrik təchizatı işləri üzrə Mühəndis - Layihəçi

Avandsis Group
1200 - 1500 ₼
897
Tam iş günü
Bakı, Azərbaycan
24.07.2025 09:47 - 24.08.2025 12:00

İş haqqında məlumat

  • Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi:
  • Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
  • 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
  • Elektrik yükünün hesablanması;
  • Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
  • Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
  • Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
  • Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək; 
  • Təklif edilən maaş: 1200-1500 AZN;
  • İş günü: 6 günlük;
  • İş saatları: 09:00-18:00;
  • İstirahət günü: Bazar günü;
  • Sınaq Müddət: 1 aydan – 3 ayadək ;
  • Maraqlanan namizədlər öz CV-lərini və ya özü barədə məlumat (ad, yaş, yaşayış yeri, iş təcrübəsi) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;
  • Kontakt: +99450 497-89-97.

Tələblər

  • Cinsi: Kişi;
  • Yaş: 25 - 45 yaş;
  • Təhsil: Ali;
  • İş təcrübəsi: minimum 3 il;
  • Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
  • Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;Elektrik sxemlərini tərtib etmək bacarığı;
  • Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (Sənəd);
  • Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
  • Kompyuter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir.  
  • MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
  • Komandada işləmə bacarığına malik olmalı;
  • Diqqətli və dəqiq olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Təzyiq altında işləməyi bacarmalı.