Glassica

Elektronçu

Glassica
Ə/h razılaşma ilə
1311
Növbəli iş
Sumqayıt, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Şüşə butulka istehsal xəttində istifadə olunan dəzgah tipli nəzarət ölçü cihazının (inspection), kamera, sensor və digər elektron avadanlıqların texniki göstəricilərə uyğun quraşdırılması və montajı;
  • Elektron sxemlərin oxunması, analiz edilməsi və istehsalat avadanlıqlarında tətbiqi;
  • Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə etməklə diaqnostika və ölçmə işlərinin aparılması;
  • İstehsal xəttində yerləşən sensor, kamera və avtomatlaşdırılmış sistemlərin düzgün işləməsinə texniki nəzarətin həyata keçirilməsi;
  • Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri üzrə əsas biliklərə uyğun texniki işlərin icrası;
  • Elektron və elektrik komponentlərdə yaranan nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması;
  • Nasaz modulların, dövrə lövhələrinin, kabellərin və digər elektron hissələrin təmiri və ya dəyişdirilməsi;
  • İntellektual kameralar, inspection sistemləri və idarəetmə panellərinin proqram təminatının yüklənməsi və sazlanması;
  • Avadanlıqların profilaktik texniki baxışının aparılması, təmizlənməsi və işlək vəziyyətdə saxlanılması;
  • Quraşdırılmış avadanlıqların test edilməsi və istehsal standartlarına uyğunluğunun yoxlanılması;
  • İstehsalat prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə texniki problemlərə operativ müdaxilə olunması;
  • Elektrik və elektron avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • İstismar zamanı yaranan nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması;
  • Məxfilik qaydalarına riayət olunması və istehsalat məlumatlarının qorunması.
  • İş yeri: Sumqayıt
  • Sahə: Şüşə butulka istehsalı
  • İş rejimi: Dəyişkən / növbəli iş qrafiki

Tələblər

  • Elektron sxemlərin oxunması və analiz edilməsi bacarığı;
  • Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə bacarığı;
  • Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri üzrə biliklər;
  • MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
  • Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi;
  • Problemləri həll etmə bacarığı və detallara diqqət;
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmək bacarığı;
  • Məxfilik prinsiplərinə riayət etmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar