

Elektronika üzrə mütəxəssis (Elektronçu)
NBA Technologies International
Ə/h razılaşma ilə
2004
Tam iş günü
Bakı,
Azərbaycan
01.09.2025 02:37
-
01.10.2025 12:00
İş haqqında məlumat
- Elektron cihazların diaqnostikası və təmiri;
- Nasazlıqların aradan qaldırılması və ehtiyat hissələrinin dəyişdirilməsi;
- Elektron avadanlıqların profilaktik və cari texniki xidmətinin həyata keçirilməsi;
- Quraşdırma, sazlama və test işlərinin icrası;
- Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunması.
Şəxsi keyfiyyətlər
- Komanda işinə uyğun, konstruktiv rəyləri qəbul edən və paylaşmağa meyilli;
- Detallara diqqət yetirən, həll yönümlü və ünsiyyət bacarıqları yüksək olan;
- Öyrənməyə açıq, inkişaf etməyə həvəsli, yeni texnologiyalara maraqlı və özünü təkmilləşdirməyə can atan.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00;
- Əmək haqqı: (təhsil, və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.).
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Elektronika üzrə mütəxəssis“ adını qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə təhsil;
- Elektron cihazların təmiri üzrə minimum 2–3 il iş təcrübəsi (üstünlükdür);
- Diaqnostika və ölçü cihazları ilə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
- Yeni texnologiyaları öyrənməyə maraq;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır).