MPAY QSC

ƏL/TMM üzrə əməliyyatların monitorinqi mütəxəssisi

Ə/h razılaşma ilə
2653
Tam iş günü
Bakı, Azərbaycan
11.04.25 - 11.05.25

İş haqqında məlumat

  • Xüsusi proqram təminatı vasitəsilə tətbiq edilən indikatorlara və ssenarilərə uyğun gələn əməliyyatların əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (ƏL/TM) riskləri baxımından gündəlik davamlı monitorinqinin aparılması;
  • Şübhəli əməliyyatların aşkar edilməsi, bunlara dair hesabatın hazırlanması və müvafiq dövlət orqanına təqdim edilməsi;
  • ƏL/TM şübhəsi olan əməliyyatların aşkarlanması meyarlarının (indikatorların, ssenarilərin) müəyyən edilməsi, effektivliyinin qiymətləndirilməsi və zərurətə uyğun olaraq yenilənməsinin təmin edilməsi;
  • Məbləğ limitindən asılı olan əməliyyatlara və məbləğ limitindən asılı olmayan əməliyyatlara dair hesabatların təqdim edilməsi;
  • Müvafiq dövlət orqanlarından, Mərkəzi Bankdan və digər aidiyyəti qurumlardan/təşkilatlardan ƏL/TMM ilə bağlı daxil olan sorğuların cavablandırılması;
  • ƏL/TM şübhəsi olan əməliyyatların aşkarlanmasına, təhlil edilməsinə və ƏL/TMM üzrə daxili qayda və prosedurların tələblərinə dair struktur bölmələrinin əməkdaşlarına təlimlərin və praktiki məşğələlərin keçirilməsi;
  • Ofis daxili;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, bank işi və ya əlaqəli sahə üzrə);
  • 2 il iş təcrübəsi;
  • Ofis proqramları ilə işləmək.