STP-BTECH

Əmək haqqı hesablanması üzrə mütəxəssis

STP-BTECH
Ə/h razılaşma ilə
2741
Tam iş günü
Bakı, Azərbaycan
05.09.2025 11:09 - 05.10.2025 12:00

İş haqqında məlumat

  • İş vaxtının uçotu (timesheet) və əlavə iş saatlarının idarə olunması;
  • İşçilərin əmək haqqı, müavinət, məzuniyyət və digər ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Əmək haqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Vergi orqanları, DSMF və digər dövlət qurumlarına müvafiq hesabatların təqdim edilməsi;
  • Əmək qanunvericiliyi, sosial sığorta və vergi qanunvericiliyi üzrə dəyişikliklərin izlənilməsi və tətbiqi;
  • İnsan resursları və maliyyə şöbəsi ilə qarşılıqlı əməkdaşlıq.

İş şəraiti: 

  • İş saatı: 09:00-18:00 (5 günlük);
  • İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.

Biz nə təklif edirik: 

  • Tibbi sığorta; 
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; 
  • Naharla təmin edilmə;
  • Nəqliyyatla təmin edilmə.

Müraciət üçün: 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  
 

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq sahəsində üstünlük verilir);
  • Əmək haqqı və kadr uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi, vergi və sığorta qanunvericiliyi üzrə biliklər;
  • MS Excel və mühasibat proqramlarında (1C) işləmə bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli, analitik düşünmə bacarığı.


Oxşar vakansiyalar