ATEF Şirkətlər Qrupu

Əmək haqqı üzrə mühasib

ATEF Şirkətlər Qrupu
800 ₼
634
Tam iş günü
Bakı, Azərbaycan
30.06.2025 16:10 - 30.07.2025 12:00

İş haqqında məlumat

  • İşçilərin aylıq əmək haqlarını hesablamaq;
  • Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
  • 5 günlük iş həftəsi;
  • Nahar fasiləsi: 12:00-13:00;
  • Nahar müəssisə tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.

Tələblər

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Hesabatların auditini bacarmalı;
  • Analitik düşünmə qabiliyyəti olmalı;
  • Azərbaycan və rus dili bilikləri;
  • Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.


Oxşar vakansiyalar