Bakı,
Azərbaycan
01/04/2026
-
15/04/2026
İş haqqında məlumat
- Müəssisənin gündəlik əməliyyat fəaliyyətini planlaşdırır və koordinasiya edir. (Mağaza, mağaza istehsalat prosesi, mağazanın xidmət prosesləri)
- Şirkətə məxsus bütün pərakəndə mağazaların gündəlik fəaliyyətinə və satış proseslərinin düzgün icra olunmasına nəzarət etmək, iş saatları və əməliyyat proseslərinin qaydalara uyğun aparılmasını təmin etmək.
- Mağaza rəhbərlərinin fəaliyyətini koordinasiya etmək.
- Hər mağaza üzrə satış göstəricilərini izləmək, təhlil etmək və satış planlarının icrasına nəzarət etmək.
- Satışın artırılması məqsədilə tədbirlər hazırlamaq və məhsulların düzgün yerləşdirilməsi ilə vitrin strategiyasını idarə etmək.
- Mağaza işçilərinin gündəlik iş fəaliyyətinə nəzarət etmək, iş qrafiklərini və vəzifə bölgüsünü təşkil edib təsdiqləmək.
- 3Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, həmçinin personalın xidmət keyfiyyətinə və davranış standartlarına əməl etməsinə nəzarət etmək.
- Mağazalarda məhsul qalıqlarına nəzarət etmək və məhsul sifarişlərinin düzgün planlaşdırılmasını təmin etmək.
- İnventar və sayım proseslərini təşkil etmək, həmçinin məhsul itkilərinin və zay məhsulların minimuma endirilməsinə nəzarət etmək.
- Mağazalarda sanitariya və gigiyena qaydalarına, eləcə də qida təhlükəsizliyi standartlarına riayət olunmasına nəzarət etmək.
- İşçilərin geyim və şəxsi təmizlik qaydalarına əməl etməsini, həmçinin mağazanın ümumi vizual standartlarının qorunmasını təmin etmək.
- Mağazalarda gündəlik kassa əməliyyatlarına nəzarət etmək, xərclərin plan üzrə icrasını izləmək və mağazalar üzrə gəlir və rentabellik göstəricilərini təhlil etmək.
- Mağazalar üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və satış, stok və əməliyyat göstəriciləri barədə rəhbərliyə mütəmadi məlumat vermək.
- Mövcud problemlər və inkişaf imkanları ilə bağlı rəhbərliyə təkliflər təqdim etmək.
- Mağazada istehsal və ya xidmət proseslərinin vaxtında və keyfiyyətlə icrasına nəzarət edir.
- Mağaza resursların (texniki, maddi) düzgün bölgüsünü təmin edir.
- Əməliyyat xərclərinə nəzarət edir və optimallaşdırma tədbirləri görür.
- Mağazada iş proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır.
- Əməliyyat göstəricilərini təhlil edir və rəhbərliyə hesabat təqdim edir.
- Mağaza işçilərinin fəaliyyətini təşkil edir, tapşırıqların icrasına nəzarət edir.
- İşçi intizamına və əmək təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin edir.
- Müştəri məmnuniyyətinin qorunmasına və xidmət keyfiyyətinin artırılmasına nəzarət edir.
- Fövqəladə hallarda operativ qərarlar qəbul edir və rəhbərliyi məlumatlandırır.
- Marketinq aksiyalarının təklif edilməsi
- Ticarət ərazisinin analizinin təşkili
- Rəqiblər haqqında məlumatların toplanması və lazım olduğu təqdirdə məlumatların rəhbərliyə ötürülməsi
- Mağazanın iş saatları çərçivəsində fasiləsiz işinin təşkil edilməsi
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Karyera inkişaf imkanı
- Mehriban və peşəkar komanda
Tələblər
- Ali təhsil
- Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı
- Ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və komandada işləmək bacarığı
- Ofis proqramları ilə işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.