Sea Breeze Resort & Residences

Əmlak Satışları üzrə Mühasib

Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
1575
Tam iş günü
Bakı, Azərbaycan
05.08.2025 12:30 - 05.09.2025 12:00

İş haqqında məlumat

Sea Breeze Resort Əmlak Satışları üzrə Mühasib vakansiyasını elan edir

Vəzifənin məqsədi:

Şirkətin əmlak satış əməliyyatları, ƏDV geri al qaimələrinin düzgün hazırlanması və ERP sistemində satış/müştəri ödənişləri üzrə uçotun tam və dəqiq aparılması.

Vəzifə öhdəlikləri: 

  • ƏDV Geri Al Qaimələrinin vergi portalında düzgün şəkildə hazırlanması və təqdim edilməsi;
  • Satış sənədlərinin ERP sisteminə işlənməsi;
  • Müştərilərdən daxil olan ödənişlərin ERP sisteminə vaxtında və düzgün işlənməsi;
  • Günlük elektron qaimələrin (e-qaimə) yaradılması;
  • Bank əməliyyatlarının uçotu və sistemə düzgün daxil edilməsi;
  • Debitor borcların monitorinqi və gündəlik izlənməsi;
  • Müştərilərlə hesabların üzləşdirilməsi;
  • Aylıq satış və ödəniş hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • ERP sistemində (və ya 1C) əməliyyatların düzgün və vaxtında qeydiyyatı;
  • Auditor və vergi yoxlamaları üçün tələb olunan məlumat və sənədlərin hazırlanması.

Əlavə məlumat:

  • İş vaxtı: Bazar ertəsi – Cümə;
  • Nahar və nəqliyyat xidməti təmin olunur;
  • Könüllü tibbi siğorta;
  • Uğurlu namizədin əmək haqqı tələbi nəzərə alınacaq.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Tələblər

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (əmlak satışı və ödənişlərin uçotu sahəsində);
  • MTK və tikinti sektorunda təcrübə tələb olunur;
  • ERP sistemi və ya 1C 8.3. proqramında sərbəst işləmək bacarığı;
  • Vergi Məcəlləsi, ƏDV, e-qaimə və vergi portalı üzrə praktiki bilik;
  • Azərbaycan və Rus dilini sərbəst bilməlidir;
  • MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
  • Operativ və komandada işləmək bacarığı;
  • Komandada işləmək və operativ reaksiya vermək bacarığı.


Oxşar vakansiyalar