ŞŞ
Ə/h razılaşma ilə
818
Tam iş günü
Şuşa, Azərbaycan
09.09.2025 10:26 - 09.10.2025 12:00

İş haqqında məlumat

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
  • Tikinti sahəsində elektrik sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;
  • Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin idarənin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • Elektrik avadanlıqlarının, transformatorların, kompressorların, paylayıcı qurğuların və digər enerji infrastrukturunun texniki vəziyyətinə nəzarət etmək;
  • Quraşdırılmış enerji sistemlərinin düzgün istismarını təmin etmək və texniki qaydalara uyğunluğunu yoxlamaq;
  • İstehsal avadanlıqlarında aşkarlanmış nasazlıqlar, qəza hallarına dair analizlər və qarşısının alınması tədbirlərini əhatə edən hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.

Namizədlərdən öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur: 

Tələblər

  • Elektrik mühəndisliyi üzrə sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 3-5 il);
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Tikinti üzrə normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;
  • Yüksək ünsiyyət qabiliyyəti və komandada işləmək bacarığı.