Bakı,
Azərbaycan
12.06.2025 14:00
-
12.07.2025 12:00
İş haqqında məlumat
- İnşaat proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət;
- Layihələr üzrə proseslərdə lazımi düzəlişlərin edilməsi və optimallaşdırılması;
- İnşaat sahəsinin idarə edilməsi (layihələr üzrə ayrı-ayrılıqda);
- Tikinti-quraşdırma işlərinin Azərbaycan Dövlət Tikinti Normaları (AZDTN) və beynəlxalq standartlara uyğun təşkili və nəzarəti;
- Tender proseslərində podratçılarla texniki görüşlərdə iştirak;
- Subpodratçıların işlərinə birbaşa nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi;
- Tikinti-quraşdırma işlərindəki dəyişikliklər üzrə hesabatların hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
- Sifarişçi və subpodratçı şirkətlər arasında yerinə yetirilmiş işlərin həcminin yoxlanılması və təhvil-təslim aktlarının hazırlanmasında iştirak;
- Forma-2 sənədlərinin yoxlanılması və təsdiq edilməsinə cavabdehlik;
- Planlama mühəndisi ilə birlikdə iş qrafiklərinin hazırlanması və işlərin vaxtında icrasına nəzarət;
- İnşaat sahəsində subpodratçı şirkətlərlə həftəlik texniki iclasların təşkili və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Subpodratçı şirkətlərdən gündəlik və həftəlik iş gedişatı hesabatlarının alınması;
- İnşaat sahəsində təhlükəsizlik və keyfiyyət standartlarına riayətin təmin edilməsi;
- İş məkanı: Azure Plaza;
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə;
- İş rejimi: 5 gün (həftə içi);
- Nahar: Təmin edilir;
- Rəqabətli əmək haqqı və mükafat sistemi;
- Peşəkar inkişaf imkanları və təlim proqramları;
- Müasir iş mühiti və layihələrdə iştirak.
Tələblər
- İnşaat mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- 5+ il inşaat sahəsində rəhbər vəzifədə təcrübə;
- Layihə idarəetmə alətlərində (məsələn, Primavera P6, MS Project) işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı;
- Güclü liderlik, kommunikasiya və problem həll etmə bacarıqları.