Bakı,
Azərbaycan
08.07.2025 15:56
-
08.08.2025 12:00
İş haqqında məlumat
- Gün ərzində 5-6 Supermarketə yoxlanışa gedərək rəflərin düzülüşünə nəzarət etmək, ətin keyfiyyətini yoxlamaq,
- Bəzi hallarda mal qəbulu zamanı məhsulun keyfiyyətini yoxlayaraq rəy vermək,
- Sıyırma şöbəsinin işini dərindən mənimsəmək,
- Mütəmadi olaraq Sıyırma şöbəsindəki qəssablar, trimçilər və sümükçülərin performansını yoxlamaq (sürət, kəmiyyət və keyfiyyət üzrə),
- Sıyırma şöbəsinə yeni qəbul edilən qəssablar, trimçilər və sümükçülərə işi öyrədərək onları şirkət standartlarına cavab verən kadr səviyyəsinə çatdırmaq,
- Şöbə üzrə öz işi ilə əlaqədar işçilər tərəfindən əməliyyatların düzgün icrasına nəzarət etmək;
- Karkasların işçilər tərəfindən standartlara və şirkət qaydalarına uyğun parçalanmasını və üzərində düzgün işləməsini təmin etmək;
- Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsi tərəfindən aldığı təlimatlara əsasən məhsul istehsalında keyfiyyətə nəzarət və qida təhlükəsizliyi standartlarına əməl edilməsini təmin etmək;
- Şöbənin istehsal planının icrasında iştirak etmək;
- Şöbəyə qəbul edilən ətlərin təyinata görə əməliyyat axımını düzgün təmin etmək;
- Birbaşa rəhbər tərəfindən müvafiq sərəncam olduqda müəssisədən kənar ezamiyyətə getmək;
- İş zamanı ətraf mühit və sanitar tələblər, eləcə də əməyin mühafizəsi, səhiyyə, gigiyena qaydaları üzrə müvafiq qanunvericiliyə riayət etmək;
- Öz işi üzrə hesabatlılıq aparmaq, onu rəhbərə təqdim etmək;
- Əmək haqqı: 1200 manat + bonus;
- Şəxsi maşın olduqda yanacaq xərci, olmadıqda yol xərci qarşılanır;
- İş qrafiki: 6 günlük;
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Tələblər
- Yaş həddi: 30 - 45 yaş;
- Təcrübə: 3 - 5 il;
- Şəxsi maşın olması arzuolunandır.