Bakı və bölgələr,
Azərbaycan
04.09.2025 12:35
-
04.10.2025 12:00
İş haqqında məlumat
Ünvan :Bakı Masallı Sumqayıt və Göyçay
- Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını;
- İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını;
- Tibb müəssisələrinin fəaliyyət istiqamətlərini və əhalinin sağlamlığının qorunmasını müəyyən edən normativ hüquqi aktları;
- Əhaliyə göstərilən təcili tibbi yardımın, dərman yardımının və eləcə də seçdiyi profil üzrə (təşkilati diaqnostika, məsləhət, müalicə, profilaktika) peşəkar fəaliyyət prinsiplərini;
- Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; resept olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman və tibb vasitələrinin, habelə dərman maddələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri;
- Xəstələrin müalicəsində, diaqnostikasında və dərman təchizatında tətbiq olunan yeni metodları; tibbi-sosial ekspertizanın əsaslarını; səhiyyə sisteminin strukturunu və əsas prinsiplərini, öz hüquq, vəzifə və məsuliyyətini.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq təyin edilir;
- Əməkdaş yaşayış yeri ilə təmin edilir; ( Bakı filialı istisnadır).
Uyğun namizədlər, CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana başlıq hissəsində işləmək istədiyi filialın adını və ixtisasını qeyd edərək göndərə bilərlər.
Tələblər
- Tibb üzrə ali təhsil (sertifikatın olması mütləqdir);
- İş təcrübəsi: Müvafiq sahəsində ən azı 5 il iş təcrübəsi;
- Pasiyentlər ilə peşəkar ünsiyyət qurma bacarığı;
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus dili - yaxşı səviyyədə.