Bakı,
Azərbaycan
04.09.2025 05:35
-
04.10.2025 12:00
İş haqqında məlumat
- Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
- Maliyyə təhlili, nəticələrin izahı və təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
- İllik büdcə və proqnoz hesabatlarının hazırlanması və ona nəzarət etmək;
- Maya dəyərinin hesablanması və onu artıran amilləri müəyyən etmək;
- Xərclərin analizi və əhəmiyyətli kənarlaşmaların təqdim olunması;
- Daxili və xarici auditorlarla işləmək və onların sorğularının cavablandırılması;
- Rəhbərliyin maliyyəyə dair digər tapşırıqlarının icrası.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Stabil iş mühiti;
- Rəqabətli əmək haqqı;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence);
- İş qrafiki: 5 gün (09:00 – 18:00);
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “Hesabatlılıq üzrə mütəxəssis” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsi);
- Hesabatlılıq və/və ya analitik sahədə minimum 2-3 il iş təcrübəsi;
- MS Office, xüsusilə Excel əla səviyyədə bilmək;
- Məlumatların təhlili, sistemli düşüncə və detallara diqqət;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- ERP proqramları üzrə təcrübəyə malik olmaq;
- MHBS üzrə bilikləri, F3 və F7 bilikləri mütləqdir.