Bakı,
Azərbaycan
14.04.25
-
14.05.25
İş haqqında məlumat
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin etmək;
- Avadanlıqların hidravlika sahəsində baxış və profilaktik təmir işlərini təşkil etmək;
- Hidravliki avadanlıqların təmirində, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak etmək;
- İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil etmək;
- Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirmək;
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
- Yağ nasoslarının təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin etmək;
- Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlamaq;
- Hidravlik sisteminin stabil işini təmin etmək;
- Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurmaq;
- Təkrar soyutma roliklərinin yağlanmasını təmin etmək;
- Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin etmək;
- İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
- Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirmək;
- Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmək;
- Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat vermək;
- Əmək haqqı - Müsahibə əsasında təyin ediləcək.
Tələblər
- Məşğulluq növü - Tam ştat;
- Təcrübə tələbi - 1-3 il;
- Təhsil - Peşə təhsili;
- Ixtisas - Orta təhsil;
- Dil biliyi - İngilis dili-Zəif, Rus dili-Zəif;
- Komputer bacarıqları - Kompyuter bilik tələbi yoxdurTexnoloji təlimatı bilməlidir bilməli;
- Çalışdığı avadanlığın iş prinsipini bilməli;
- İstifadə etdiyi alətlərin növünü və təyinatını bilməli;
- SƏTƏM qaydalarını bilməli;
- Yanğından mühafizə qaydalarını bilməlidir vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə ica edilməməsinə görə məsuliyyət daşımalı;
- Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etməli.