Kənd Təsərrüfatı Nazirliyi

Hüquq üzrə baş mütəxəssis

Kənd Təsərrüfatı Nazirliyi
Ə/h razılaşma ilə
906
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 04:06 - 08.10.2025 12:00

İş haqqında məlumat

  • Daxil olmuş hüquqi aktların, beynəlxalq, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin, layihələrin və müraciətlərin hüquqi ekspertizasını keçirmək
  • Hüquqi akt layihələrini hazırlamaq, həmin layihələrə dair rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim etmək;
  • Hüquqi aktların hazırlanması ilə bağlı yaradılmış komissiyalarda, işçi qruplarında müəssisəni təmsil etmək və onların işində iştirak etmək;
  • Görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə dair rəhbərinə təkliflər vermək;
  • Aqrar sahədə hüquqi tənzimləmənin vəziyyətini təhlil etmək, ümumiləşdirmələr aparmaq, bununla əlaqədar təkliflər hazırlayıb təqdim etmək;
  • Xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Daxil olan müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını və cavablandırılmasını təmin etmək;
  • Arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədləri hazırlayaraq rəhbərinə təqdim etmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquq üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Təhsil: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Staj: müvafiq sahə üzrə 3 ildən az olmayaraq əmək stajı;
  • Yüksək səviyyədə Microsoft Office proqramları ilə işləmək bacarığı;
  • Normativləri təhlil etmək və müqayisə aparmaq bacarığı;
  • Hüquqi mənbələrdən düzgün istifadə etmək bacarığı;
  • Ünsiyyət, komanda ilə işləmə bacarığı;
  • Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı.