Around Business Group

İcraçı Direktor

Around Business Group
Ə/h razılaşma ilə
2219
Tam iş günü
Bakı, Azərbaycan
26.06.2025 16:21 - 26.07.2025 12:00

İş haqqında məlumat

  • Layihələrin tam icrasına cavabdehlik: brief mərhələsindən yekun hesabatlara və bağlanışa qədər;
  • Əməliyyat büdcəsinin hazırlanması və idarə olunması, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli istifadəsi;
  • Promo aksiyaların, BTL tədbirlərin, məhsul lansmanlarının və marketinq fəaliyyətlərinin təşkili və nəzarəti;
  • Risklərin qiymətləndirilməsi, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və daxili proseslərin təkmilləşdirilməsi;
  • Layihə sonrası analiz, rəy toplanması və inkişaf üzrə təkliflərin hazırlanması;
  • 100+ nəfərlik komandanın idarə olunması: şöbələrin koordinasiyası, vəzifələrin verilməsi və icraya nəzarət;
  • Biznes proseslərin optimallaşdırılması və resursların səmərəli bölüşdürülməsi;
  • Şöbə, komanda və fərdi əməkdaşlar üçün KPI-ların formalaşdırılması və tətbiqi;
  • Müxtəlif layihələrin paralel idarə olunması, müştərilər, tərəfdaşlar və daxili komandalarla aktiv əməkdaşlıq;
  • Sabit və dinamik inkişaf edən şirkətdə iş imkanı;
  • Böyük və əhəmiyyətli layihələrin rəhbərliyi;
  • Güclü və motivasiyalı komanda ilə işləmək;
  • Rəqabətə davamlı əmək haqqı — fərdi şəkildə müsahibə əsasında müəyyən edilir;
  • 5 günlük iş rejimi, saat 09:00-dan 18:00-a qədər;
  • Rəhbərlik tərəfindən peşəkar inkişaf və dəstək.

Tələblər

  • Ali təhsil (menecment, biznes, marketinq və ya oxşar sahələr üzrə);
  • Rəhbər vəzifədə, o cümlədən layihələrin idarəsində azı 2 il iş təcrübəsi;
  • 100 nəfər və daha çox olan böyük komandanın idarəsində uğurlu təcrübə;
  • Layihə idarəetmə metodologiyaları üzrə biliklər: Agile, Scrum, Waterfall və s;
  • Strategiyaların hazırlanması, qərarvermə və çoxprosesli iş mühitində effektiv fəaliyyət bacarığı;
  • Excel, Google Sheets, Trello / Asana / Monday kimi proqramlarla sərbəst işləmə bacarığı;
  • Rus dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili — üstünlükdür;
  • Komandaya yönəlik, etik və nəticəyönümlü idarəetmə tərzi.