Bakı,
Azərbaycan
03.09.2025 04:17
-
03.10.2025 12:00
İş haqqında məlumat
- İstismar olunan və ya təmir olunan avadanlıqların (borular, reaktorlar, soba və s.) izolyasiya işlərini təhlükəsiz və keyfiyyətli şəkildə yerinə yetirmək;
- Mövcud izolyasiya örtüklərinin (istilik, soyuq, səs, yanğın izolyasiyası) vəziyyətinə baxış keçirmək və zəruri hallarda dəyişdirmək və ya təmir etmək;
- Yeni avadanlıqlar və sistemlər üçün taxtabənd qurulması və izolyasiya işlərini texniki standartlara uyğun həyata keçirmək;
- İzolyasiya materiallarının (şüşə yun, daş yun, keramika yunu, poliuretan və s.) düzgün seçilməsinə və istifadəsinə nəzarət etmək;
- Refraktor (odadavamlı) materialların tətbiq olunması işlərini icra etmək: yüksək temperatur avadanlıqlarının (reaktorlar, sobalar, qazanlar və s.) daxili səthlərinə odadavamlı beton, kərpic və digər materialların döşənməsi;
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- İcra edilən bütün işlər zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- İşlətdiyi materiallar, ölçülər və görülən işlər barədə sənədləşmə aparmaq və hesabat təqdim etmək;
- İşlərin gedişində istifadə olunan avadanlıqların (kəsmə alətləri, mikserlər, vibrasiya cihazları, liftlər və s.) təhlükəsiz və düzgün işlədilməsini təmin etmək;
- İşləyərkən əməyin mühafizəsi tədbirlərini həyata keçirmək və onlara əməl etmək, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək, İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq , iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Mühəndisə” xəbər vermək.
Tələblər
- Müvafiq sahə üzrə minumum 1 il təcrübə;
- Yaxşı planlama və təşkilatçılıq bacarığı;
- MS Office proqramları üzrə biliklər;
- Ünsiyyət və izahetmə bacarığı;
- Komanda ilə işləmə bacarığı.