ATEF Şirkətlər Qrupu

İnsan Resursları əməliyyatları üzrə menecer

ATEF Şirkətlər Qrupu
1000 - 1500 ₼
0
Tam iş günü
Bakı, Azərbaycan
09.01.2024 18:20 - 08.02.2024 18:20

İş haqqında məlumat

  • İşçi ehtiyaclarının müəyyən edilməsi və  operativ şəkildə vakant yerlər üzrə yerləşdirilməsi;
  • Mövcud vakansiyalar üzrə elanların hazırlanması, yerləşdirilməsi və icrası;
  • Müəssisədə mövcud olan vəzifələrin kriteriyaları üzrə işə qəbul testlərinin hazırlanması; 
  • İşə qəbul prosesi ilə bağlı ehtiyat kadr bazasının hazırlanması və daim yenilənməsi;
  • Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərin icrasına nəzarət etmək;
  • ƏMAS sistemində işləmək və analiz etmək;
  • Sınaq müddətinin təyin edilməsi və izlənməsi;
  • İşə qəbul prosesi ilə bağlı aylıq, rüblük, illik hesabatların hazırlanması;
  • İllik Təlim-tədris proqramının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Daxili və xarici audit zamanı İR üzrə sənədlərin hazırlanması;
  • Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analizlərinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
  • Şirkət daxili departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi, iş yükü və iş analizi ilə bağlı hesabatların İRD rəhbərinə təqdim edilməsi;
  • Tam sosial təminat;
  • Nahar müəssisə tərəfindən təmin edilir;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Cinsi: Kişi;
  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə minimum 3- 5 il;
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərində bilgi arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı;
  • Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi; 
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə, təhliletmə qabiliyyətinə sahib olmalı;
  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar