Civillex Consulting Company

İnsan resursları üzrə mütəxəssis

Civillex Consulting Company
Ə/h razılaşma ilə
2056
Tam iş günü
Bakı, Azərbaycan
04.09.2025 03:14 - 04.10.2025 12:00

İş haqqında məlumat

  • İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının hazırlanması, əmək müqavilələrinin tərtib edilməsi;
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarəttmək; 
  • Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatının həyata keçirilməsi;
  • Mütəmadi olaraq əmək sistemləri, işçi bazaları və s. üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Yeni kadrların aktiv şəkildə axtarılması və iş müsahibələrinin düzgün təşkilini həyata keçirdərək  uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi; 
  • İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı əməliyyatların icra edilməsi;
  • Əmək və icra intizam tənbehlərinin sənədləşdirilməsi;
  • Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq;
  • Rəhbərlik təfərindən vəzifə səlahiyyətləri çərçivəsindəverilən digər tapşırıqların icra edilməsi.

İş şəraiti:

  • Həftədə 5 iş günü, saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək.

Müraciət etmək istəyən namizədlər CV formalarını Müraciət Et düyməsində qeyd olunan mail ünvanına mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə ən azı 2 (iki) il peşəkar iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Etibarlı PC istifadəçisi (Word, Excel, E-poçt, HR sistemləri);
  • Azərbaycan və rus dili dilləri yüksək səviyyədə, rus ingilis dili biliyi böyük üstünlükdür;
  • Analitik təhlil, güclü kommunikasiya və təqdimat bacarığı.