

İnventarizasiya üzrə hesablayıcı/ Inventory Counter
Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
1515
Tam iş günü
Bakı,
Azərbaycan
08.09.2025 10:38
-
08.10.2025 12:00
İş haqqında məlumat
- Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək;
- Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, məhsulları skan edərək miqdarını sistemə daxil etmək;
- Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək;
- Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək;
- Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılıb və skan edildikdən sonra yoxlanışını təmin etmək;
- Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “İnventar üzrə Hesablayıcı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
- Participate regularly in Total Inventory counts in stores according to the schedule;
- Count assigned areas and products during Total Inventory in stores, scanning products and entering quantities into the system;
- Take part in Total counts (mainly night shifts), ensuring that products are counted and barcode/quantities are scanned and entered into the system;
- Perform recounts according to schedules assigned by Group Leaders after the main count and report results;
- Ensure timely counting, scanning, and verification of designated zones divided according to the store’s sales area;
- Carry out tasks assigned by Group Leaders (random counts or checks in the warehouse or sales floor, counting zones, scanning with handheld terminals, etc.).
Interested candidates may apply by sending their CVs with the subject line “Inventory Counter” to the e-mail address in the Apply for job button. Please note that only shortlisted candidates will be contacted for the next stage of the recruitment process.
Tələblər
- Market sistemində və marketdə satılan məhsul çeşidləri ilə bağlı min 1 il praktiki iş təcrübəsi;
- Ali və ya orta təhsil ;
- İnventarizasiya keçirmə bacarığı;
- Zamanın idarə olunması və problem həll etmə bacarığı;
- Sürətli hesablama qabiliyyəti;
- Microsoft Office proqramlarından anlayış;
- Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış;
- Situasiyaya uyğunlaşma qabiliyyəti.
- Minimum 1 year of practical work experience in the retail system and with product assortments sold in markets;
- Higher or secondary education;
- Ability to conduct inventory;
- Time management and problem-solving skills;
- Fast calculation ability;
- Knowledge of Microsoft Office programs;
- Understanding of Standard Operating Procedures (SOPs) and occupational health, safety, and environmental rules and regulations;
- Ability to adapt to situations.