Azerbaijan SuperMarket

İR analitikası və hesabatları üzrə ekspert

Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
793
Tam iş günü
Bakı, Azərbaycan
22.07.2025 16:55 - 22.08.2025 12:00

İş haqqında məlumat

  • Kadr axını, işçi heyəti, müxtəliflik, işə qəbul effektivliyi kimi əsas göstəricilər üzrə mürəkkəb və proqnozlaşdırıcı hesabatların hazırlanması məqsədilə İR məlumatlarının toplanmasını və qabaqcıl təhlilini həyata keçirmək;
  • Məlumatların idarə edilməsi proseslərini və standartlarını formalaşdırmaq və təkmilləşdirmək, məlumatların dəqiqliyini və tamlığını təmin etmək məqsədilə müvafiq İR funksiyaları ilə sıx əməkdaşlıq etmək;
  • İR məlumatlarındakı mürəkkəb tendensiyaları, potensial riskləri və fürsətləri müəyyən etmək; İR siyasətlərinin, prosedurlarının və təşəbbüslərinin təkmilləşdirilməsi üçün strateji, data-əsaslı tövsiyələr formalaşdırmaq;
  • Qərar qəbuletmə, uyğunluq və strateji planlaşdırma proseslərini dəstəkləmək məqsədilə İR hesabatvermə sistemlərinin, alətlərinin və vizual idarəetmə panellərinin (dashboards) dizaynını, inkişafını və optimallaşdırılmasını idarə etmək;
  • Analitik təhlilin nəticələrini, əldə edilmiş dərin bilikləri (insights) və qiymətləndirmələri yuxarı rəhbərliyə və digər əsas maraqlı tərəflərə aydın və təsirli formada təqdim etmək;
  • Analitik layihələrin icrasına cavabdeh olmaq və zərurət olduqda, komanda üzvlərinə metodoloji dəstək və istiqamət vermək;
  • İR məlumatlarının hesabat sistemlərinə dəqiq və tam şəkildə toplanması və daxil edilməsi proseslərinə nəzarət etmək;
  • Meylləri, struktur qanunauyğunluqlarını, korrelyasiyaları və potensial səbəb-nəticə əlaqələrini müəyyən etmək üçün İR məlumatlarının qabaqcıl (məs., reqressiya, proqnozlaşdırma) təhlilini aparmaq;
  • İşçi heyətinin sayı, kadr axını, müxtəliflik, işə qəbul, performans kimi əsas İR göstəriciləri üzrə fərdiləşdirilmiş, mürəkkəb hesabatlar və interaktiv vizual idarəetmə panelləri (dashboards) yaratmaq;
  • İR hesabatvermə sistemlərinin və analitik alətlərin inkişafına, tətbiqinə və davamlı təkmilləşdirilməsinə töhfə vermək, onların aktuallığını, dəqiqliyini və funksionallığını təmin etmək;
  • Müvafiq məlumatların toplanması, analitik tələbatların müəyyənləşdirilməsi və effektiv analitik həllərin təmin edilməsi məqsədilə İR funksiyaları və biznes strukturları ilə əsas tərəfdaş qismində sıx əməkdaşlıq etmək;
  • Mürəkkəb analitik nəticələri və strateji tövsiyələri rəhbərliyə və digər maraqlı tərəflərə aydın, lakonik və təsirli şəkildə kommunikasiya etmək;
  • Dərin məlumat təhlili əsasında İR siyasətlərində, prosedurlarında və təcrübələrində əhəmiyyətli təkmilləşdirmə imkanlarını proaktiv şəkildə müəyyən etmək.

Tələblər

  • Müvafiq sahədə (İR, Biznes, Statistika, İqtisadiyyat, Data Elmi və ya əlaqəli istiqamət) bakalavr dərəcəsi; Magistr dərəcəsinə üstünlük verilir;
  • Əlaqədar sahədə minimum 4 il peşəkar iş təcrübəsi;
  • Qabaqcıl məlumat təhlili, hesabatvermə, İR sistemləri və məlumatların vizuallaşdırılması sahələrində əhatəli təcrübə;
  • Yüksək səviyyəli analitik təfəkkür, strateji kommunikasiya (xüsusilə yuxarı rəhbərliyə təqdimat) və kompleks problemlərin həlli bacarıqları;
  • Kənar resurslar və təchizatçılarla işgüzar münasibətlərin idarə edilməsi təcrübəsi;
  • Mürəkkəb analitik layihələrin idarə edilməsi təcrübəsi;
  • Məlumatların təhlili (Qabaqcıl): Mürəkkəb məlumatları toplamaq, emal etmək, təhlil etmək və şərh etmək; tendensiyaları, qanunauyğunluqları, korrelyasiyaları müəyyənləşdirmək və proqnozlaşdırıcı modellər qurmaq bacarığı;
  • Hesabatvermə və Vizuallaşdırma bacarıqları: Əsas İR metrikaları və analitik nəticələr üzrə təsirli, anlaşıqlı hesabatlar, idarəetmə panelləri və təqdimatlar hazırlamaq üçün müvafiq hesabatvermə sistemlərini və alətlərini (məs., Power BI) effektiv şəkildə istifadə etmək və inkişaf etdirmək bacarığı;
  • İR biliyi və Biznes Anlayışı: İR prinsipləri, təcrübələri, qanunvericilik və normativ aktlar haqqında dərin biliklər, habelə İR təşəbbüslərinin ümumi biznes strategiyası ilə əlaqəsini dərk etmək bacarığı;
  • İR sistemləri üzrə səriştəlilik: İR məlumatlarının toplanması, idarə edilməsi və təhlili üçün İR informasiya sistemləri (HRIS), Analitika Platformaları və müvafiq texnologiyalarla işləməkdə yüksək səviyyəli bacarıq;
  • Strateji Kommunikasiya: Mürəkkəb analitik nəticələri və strateji tövsiyələri müxtəlif auditoriyalara, o cümlədən yuxarı rəhbərliyə, aydın, məntiqli və inandırıcı şəkildə çatdırmaq bacarığı;
  • Detallara diqqət: Məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin etmək məqsədilə yüksək dərəcədə diqqətlilik nümayiş etdirmək bacarığı;
  • Problem həll etmə (Kompleks): Problemləri müəyyən etmək, kök səbəblərini təhlil etmək və İR siyasətlərini, prosedurlarını və strategiyalarını optimallaşdırmaq üçün data-əsaslı həllər və tövsiyələr hazırlamaq bacarığı;
  • Layihə İdarəetməsi: Çoxsaylı analitik layihələri və prioritetləri effektiv şəkildə idarə etmək, müəyyən edilmiş müddətlərə riayət etmək və təşəbbüslərin uğurlu icrasını təmin etmək bacarığı;
  • Əməkdaşlıq və Təsir Etmə: Məlumat mübadiləsi, nəticələrin paylaşılması və tövsiyələr üçün dəstək əldə etmək məqsədilə çarpaz funksional komandalar və maraqlı tərəflərlə konstruktiv iş münasibətləri qurmaq bacarığı;
  • Davamlı öyrənmə: İR analitikası, hesabatvermə sistemləri, texnologiyalar və normativ mühitdəki dəyişiklikləri izləmək, davamlı olaraq öyrənmək və adaptasiya olmaq istəyiı
  • Kompüter bacarıqları:
  • İR informasiya sistemləri və hesabatvermə alətləri daxil olmaqla, müxtəlif proqram təminatlarından yüksək səviyyədə istifadə bacarığı;
  • MS Power BI (Qabaqcıl);
  • MS Excel (Qabaqcıl);
  • MS Power Point (Qabaqcıl);
  • SQL (Qabaqcıl);
  • Power Query (Qabaqcıl);
  • Professional Power 
  • Good Data Gateway – ;
  • API/Rest API JS Technologies (qabaqcıl);
  • Müştəriyönümlülük;
  • Nəticəyönümlülük;
  • Əməkdaşlıq;
  • Etibarlılıq;
  • Fəaliyyət yönümlülük;
  • Strateji Düşüncə.