Azerbaijan Fish Farm

İR üzrə kiçik mütəxəssis

Azerbaijan Fish Farm
Ə/h razılaşma ilə
754
Tam iş günü
Bakı, Azərbaycan
08.07.2025 15:52 - 08.08.2025 12:00

İş haqqında məlumat

  • Sənəd axınının idarə edilməsi - işçilərin şəxsi qovluqlarının formata uyğun tərtibi, qeydlərin aparılması və kadr sənədlərinin (çap və elektron formaları) düzgün formada tərtibi və qorunması;
  • Baş ofis ilə regionlarda yerləşən ofislər arasında İR üzrə sənəd axınının düzgün və vaxtında idarə olunmasının təmin edilməsi;
  • Kadr dəyişiklikləri ilə bağlı əmrlərin, əmək müqavilələrin, əmək müqavilələrinə əlavələrin və digər kadr sənədləşmələrin hazırlanması və qovluqlara yerləşdirilməsi;
  • Məzuniyyət prosesinin sənədləşdirilməsini və 1C proqram təminatında düzgün əks olunmasını təmin etmək;
  • Ezamiyyə prosesinin sənədləşdirilməsini və 1C proqram təminatında düzgün əks olunmasını təmin etmək;
  • Xitam əməliyyatlarının icrası;
  • İşçilərin istək və suallarını cavablandıraraq müştəri xidməti funksiyalarının yerinə yetirilməsi;
  • ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması;
  • İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi;
  • Elektron informasiya sisteminə (ƏMAS) məlumatların daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Daxili və xarici audit yoxlamaları zamanı lazım olan sənədlərin təmin edilməsi;
  • Təyin edilmiş digər vəzifələrin yerinə yetirilməsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar;
  • İş yeri: Bakı şəhəri.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya və s.);
  • Minimum 1 il İR köməkçisi və ya müvafiq İnsan Resursları / inzibati vəzifədə təcrübə;
  • Əmək məcəlləsi üzrə sertifikat;
  • MS office, Outlook, digər ofis proqramları və avadanlıqları, 1C (ERP) biliyi (arzu olunan);
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, dəqiqlik, vaxt idarə etmə bacarığı, son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət, komandada işləmək bacarığı;
  • Azərbaycan dili səlis, Rus və İngilis dilləri üstünlükdür.


Oxşar vakansiyalar