Azera Holding

İR üzrə menecer

1200 ₼
551
Tam iş günü
Bakı, Azərbaycan
24.04.25 - 24.05.25

İş haqqında məlumat

  • İnsan Resursları proqramlarının idarə edilməsi;
  • Strategiyasının formalaşdırılması, İnsan Resursları siyasətlərini, prosedurlarını , qanunları və standartları işçılərə izah olunması;
  • Biznesin strateji məqsədlərinə uyğun olaraq klinikanın strukturunun optimallaşdırılması;
  • Klinika üçün motivasiya proqramlarının hazırlanması;
  • İşçilərin qiymətləndirilməsi, təlimi və inkişafı sisteminin hazırlanması və əlaqələndirilməsi, daxili təlim sisteminin keçirilməsi;
  • Klinikanın Qayda və Standartlarının işlənib hazırlanması və həyata keçirilməsi, icrasına nəzarət;
  • Klinikanın təşkilati strukturunun və ştat cədvəlinin formalaşdırılması . İnsan Resursları şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək. Kadrların idarə edilməsi, iş vaxtının uçotunun aparılması, kadr hesabatlarının və xərclərinin maliyyələşdirilməsi üzrə hesabatların hazırlanması;
  • Bütün şöbələr və işçi kateqoriyaları üzrə vəzifə təlımatlarının hazırlanması;
  • İşçilərin məlumat bazasının yaradılması . Tətil və iş qrafiklərini planlaşdırmaq. İşə qəbul ehtiyaclarını proqnozlaşdırmaq və s. İnsan Resuraları üzrə bütün əməliyyatların yerinə yetirilməsi;
  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • Bütün əməliyyatların Emas.sosial.gov.az, e-sosial elektron portalında işlənilməsi;
  • İşə davamiyyət cədvəlinin hazırlanması;
  • Xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin hesablanması və icrası və s;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
  • 6 günlük iş qrafiki.

Tələblər

  • Ali təhsil ( İqtisadiyyat, İnsan resurslarının idarə olunması);
  • Min 3 il iş təcrübəsi ( Müvafiq sahədə);
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri arzu olunandır;
  • İnsan Resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
  • Vaxtın və konfliktlərin effektiv idarəedilməsi;
  • Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı;
  • MS Office, 1C proqramı və Fonet proqram biliyi;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi.

Oxşar vakansiyalar