AzəriMed QSC

İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)

AzəriMed QSC
800 - 1000 ₼
1937
Tam iş günü
Bakı, Azərbaycan
02.09.2025 10:29 - 02.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
  • İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
  • İşə qəbul üzrə statistikanın və analitikanın təşkili;
  • Əmək yarmarkalarının təşkili və koordinasiyası.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü;
  • Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11;
  • Əmək haqqı: 800-1000 AZN (Gross) - (başlanğıc olaraq nəzərdə tutulmuşdur, bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq).
     

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Təcrübə: İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Peşəkar ünsiyyət qurma bacarığı;
  • Yüksək səviyyədə təqdimat bacarığı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Aktiv və komandada işləmək bacarığı;
  • Çox saylı tapşırıqları idarə edə bilən.