Camal LTD

İstehsal avadanlıqları üzrə mexanik

1700 ₼
2013
Tam iş günü
Bakı, Azərbaycan
23.04.25 - 23.05.25

İş haqqında məlumat

  • Dondurma istehsal edən avadanlıqların istismarını, yağlamasını və təmizlənməsini həyata keçirir;
    Xətdə və digər avadanlıqlarda nasazlıq baş verərsə və nəticədə iş prosesi pozularsa, dərhal həmin nasazlığı aradan qaldırmaq üçün tədbirlər görür, bu mümkün olmadıqda İstehsalat rəhbərinə dərhal məlumat verir;
  • İstehsalat zəruriyyəti ilə əlaqədar lazimi hallarda zavod ərazisində və digər sexlərdə bacarıq səviyyəsinə uyğun işləri həyata keçirir;
  • Növbə ərzində elektrik avadanlıqlarının fasiləsiz və yüksək keyfiyyətli işini təşkil edir, bunun ücün onlara düzgün xidmət olunmasını həyata keçirir;
  • Növbə ərzində nəzarət-ölçü və avtomat cihazların göstəricilərini nəzarətdə saxlayır və onların düzgün işləməsini təmin edir;
  • Növbə ərzində qəzaların qarşısını almaq üçün elektrik mühərriklərinin artıq yüklənmədən və qısa qapanmadan mühafizə sisteminin ehtibarlığını həyata keçirir;
  • İş şəraiti: 6 günlük iş rejimi;
  • Yemək şirkət tərəfindən.

Tələblər

  • Sahə üzrə peşə sertifikatının və ali təhsilin olması;
  • Ən azı 5 il sahə üzrə iş təcrübəsi; 
  • Operativ, problemli hallarda dərhal qərarverəbilmə qabiliyyəti;
  • Stressə davamlı.