Bakı,
Azərbaycan
03.09.2025 09:56
-
03.10.2025 12:00
İş haqqında məlumat
- Prefabrik dəmir beton məmulatlarının istehsal prosesinin planlanması, təşkili və idarə olunması;
- İstehsalın layihə üzrə aparılması və son kontrolların edilməsi;
- İstehsalatda texnoloji proseslərə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- İşçilərin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü və nəzarəti həyata keçirmək;
- İstehsalat avadanlıqlarının düzgün istismarı və vaxtında texniki baxışının təmin olunması;
- İstehsalat planlarının icrasını təmin etmək və hesabatların hazırlanması;
- Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi;
- Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi;
- Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).
İş şəraiti
- İş yeri: AĞDAM RAYONU, AĞDAM SƏNAYE PARKI;
- İş qrafiki: Tam ştat;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Hazırda layihə və istehsalat şöbəmizə prefabrik dəmir-beton konstruksiya elementlərinin istehsalatı üzrə təcrübəli İstehsalat Rəisi axtarırıq.
Biz sizə təklif edirik:
- Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı;
- Davamlı peşəkar inkişaf və təlim dəstəyi;
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı;
- Rəqabətli əmək haqqı;
- Rahat və təhlükəsiz iş şəraiti;
- Karyera yüksəlişi perspektivi;
- Qidalanma və yaşayış yeri.
Müraciət qaydası:
CV-nizi və əgər varsa portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “İstehsalat Rəisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil;
- Prefabrik dəmir-beton, beton zavodu və ya oxşar istehsalat sahəsində ən azı 3 il iş təcrübəsi;
- İstehsalat proseslərinin təşkili və rəhbərliyi üzrə bilik və bacarıqlar;
- Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür;
- Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi;
- Layihə üzrə vaxtında və keyfiyyətli texniki həllər təklif etmək bacarığı.