Bakı,
Azərbaycan
25.08.2025 04:42
-
25.09.2025 12:00
İş haqqında məlumat
- İşçilər üçün ilk əlaqə nöqtəsi kimi texniki dəstək göstərmək (hardware, software, şəbəkə problemləri);
- ERP sistemi və Microsoft 365 xidmətlərini (Teams, SharePoint, Exchange, OneDrive) idarə etmək, təkmilləşdirmək və dəstək göstərmək;
- Şirkətin server, şəbəkə, firewall, printer və digər IT infrastrukturunun idarə edilməsi və davamlı işləməsini təmin etmək;
- Sistemlərin monitorinqi, təhlükəsizlik tədbirlərinin görülməsi, ehtiyat nüsxələmə və bərpa planlarının həyata keçirilməsi;
- İT avadanlıqları və lisenziyaların uçotunu aparmaq, yenilənməsini və qaydalara uyğunluğunu təmin etmək;
- Rəqəmsal transformasiyanı dəstəkləyərək proseslərin avtomatlaşdırılmasına və inteqrasiyasına töhfə vermək.
Əlavə məlumat:
- Vəzifə adı: IT Helpdesk və Sistem Administratoru;
- Şöbə: İT / Əməliyyatlar;
- Hesabat verir: Korporativ idarə etmə, Risklərin idarə olunması Koplayens (Hüquq) üzrə direktorun müşaviri;
- Müqavilə növü: Tam ştat, daimi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya müvafiq sahə üzrə) ;
- 3–5 il IT Helpdesk və ya Sistem Administratoru vəzifəsində iş təcrübəsi;
- Microsoft 365 və Windows Server mühitində güclü biliklər;
- ERP sistemləri ilə işləmə təcrübəsi üstünlük sayılır;
- Şəbəkələr (LAN/WAN, router, switch, firewall, VPN) üzrə bilik və bacarıqlar;
- IT təhlükəsizlik standartları, antivirus, firewall idarəçiliyi və məlumatların qorunması üzrə biliklər;
- Analitik düşüncə, problem həll etmə bacarığı və yüksək ünsiyyət qabiliyyəti;
- Məsuliyyətli, operativ və komanda ilə əməkdaşlıq etmə bacarığı.