Green Cleaning MMC

Katibə / Assistent

Green Cleaning MMC
Ə/h razılaşma ilə
1164
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 02:20 - 08.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin fəaliyyətinin səmərəli təşkili üçün inzibati və koordinasiya işlərini həyata keçirmək, daxili və xarici kommunikasiyanı təmin etmək, gündəlik iş proseslərində dəstək göstərmək;
  • Action Plan hazırlanması - gündəlik və aylıq fəaliyyət planlarının tərtibi və icrasına nəzarət;
  • Satış fayllarının idarə edilməsi – lazımi satış sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşçi qrafiklərinin idarə olunması – işçilərin gün ərzində işə çağırılması, iş saatlarının uyğunlaşdırılması və izlənməsi;
  • Rəhbərliyə dəstək – departament rəhbərinin müavininə iş bölgüsü, işçi sayı və digər proseslərdə köməklik göstərilməsi;
  • Koordinasiya işləri –sənədlərin göndərilməsi, izlənməsi və müvafiq şöbələrlə əlaqələndirmə; sürücülərin iş bölgüsünə uyğun ərazilərə yönləndirilməsi, işçilərlə koordinasiyanın aparılması və malların düzgün çatdırılmasına nəzarət;
  • Ofis daxili təşkilati işlər – su sifarişi, qaimələrin maliyyə şöbəsinə yönləndirilməsi və digər təsərrüfat işlərinin təşkili;
  • Davamiyyətə nəzarət – işçilərin gündəlik iştirakının yoxlanılması və qeydə alınması;
  • İclas və görüşlərin təşkili – rəhbərliyin tapşırıqlarının icrası, görüşlər üçün hazırlıq işlərinin görülməsi;
  • Ünsiyyət kanallarının idarəsi – gələn zənglərin və elektron məktubların qəbul edilməsi, cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Təhvil-təslim prosesinin aparılması – sifariş öncəsi aktların tərtib olunması və nəzarətçilərə təqdim edilməsi.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük;
  • İş rejimi: B.e-C: 09:00-17:00, Şənbə: 09:00-14:00;
  • Azərbaycan Respublikası Ə.M-nə əsasən rəsmiləşmə;
  • Şirkət daxilində karyera yüksəlişi və inkişaf imkanları;
  • Əmək haqqı: müsahibə əsasında;
  • Ünvan: Yasamal rayonu, Azad Mirzəyev 6c, Statistika komitəsinə yaxın. Köhnə Qorodok, (indiki Genatsvale) restoranı ilə üzbəüz.

Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə mövzu hissədə “Katibə/assistent” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil (inzibati idarəetmə, menecment və ya oxşar sahələr üstünlükdür);
  • Yaş həddi:25-40 (Xanım namizədlər);
  • Minimum 2 il inzibati və ya ofis işlərində təcrübə;
  • Azərbaycan dili səlis, rus dili yaxşı, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti, məsuliyyətlilik, operativlik.