Azercell

Keyfiyyət Təminatı üzrə Təcrübə Proqramı

Azercell
Ə/h razılaşma ilə
2314
Təcrübə
Bakı, Azərbaycan
01.09.2025 03:16 - 01.10.2025 12:00

İş haqqında məlumat

  • Proqram təminatının funksional və qeyri-funksional testlərini həyata keçirmək;
  • Test ssenariləri və test halları hazırlamaq, sənədləşdirmək və icra etmək;
  • Aşkarlanmış səhvləri qeyd etmək və müvafiq olaraq bug reportlar hazırlamaq;
  • Test nəticələrini analiz etmək və müvafiq komandalarla paylaşmaq;
  • QA komandası ilə birgə işləyərək layihənin keyfiyyətini artırmağa töhfə vermək;
  • Test alətləri və metodologiyaları ilə tanış olmaq və onların tətbiqinə cəhd göstərmək;
  • Regressiya və təkrarlanan testləri yerinə yetirmək;
  • Yeni funksionallıqların test edilməsində aktiv iştirak etmək.

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza;
  • Tbilisi prospekti, 149;
  • Bakı, Azərbaycan.

Təcrübə müddəti: 18 həftəyədək

Tələblər

  • Hal hazırda Kompüter elmləri, Kompüter mühəndisliyi və ya əlaqədar sahə üzrə təhsil alan bakalavr və ya magistr;
  • Proqram təminatının test prinsipləri və SDLC haqqında əsas anlayışlar;
  • Test ssenarisi yazma və sənədləşdirmə bacarığı;
  • Detallara qarşı diqqətli və analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı və ünsiyyət qabiliyyəti;
  • İngilis dilində texniki sənədləri oxuma və başa düşmə qabiliyyəti;
  • Hər hansı bir proqramlaşdırma dili üzrə biliklər (Java biliyi üstünlük sayılır);
  • Verilənlər bazası və SQL üzrə fundamental biliklər;
  • Postman, JIRA, TestRail kimi alətlərlə tanışlıq üstünlükdür;
  • Özünü inkişaf etdirməyə motivasiyalı və öyrənməyə açıq olmaq.