F

Keyfiyyətə nəzarət üzrə mühəndis (elektrik işləri üzrə)

Foton
4000 - 4500 ₼
470
Tam iş günü
Bakı, Azərbaycan
25.07.2025 23:17 - 25.08.2025 12:00

İş haqqında məlumat

  • Elektrik işlərinin layihə və texniki spesifikasiyalara uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Bütün elektrik montaj işlərinin beynəlxalq və yerli standartlara uyğunluğunu yoxlamaq;
  • Test və yoxlama prosedurlarını (Insulation Resistance Test, Continuity Test, Hi-pot test və s.) həyata keçirmək;
  • Qüsurların və uyğunsuzluqların aşkarlanması və həlli istiqamətində təkliflər vermək;
  • Elektrik materiallarının və avadanlıqlarının təhvil alınması zamanı texniki yoxlamanın aparılması;
  • ITP (Inspection and Test Plan) və digər keyfiyyətə nəzarət sənədlərinin hazırlanması və yerinə yetirilməsi;
  • Podratçılar və texniki komandalarla sıx əməkdaşlıq;
  • Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Aylıq NET əmək haqqı: 4000-4500 AZN;
  • Könüllü tibbi siğorta ailə paketi; (Paşa sığorta) 
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət sahəsində minimum 5 illik iş təcrübəsi;
  • IEC, NEC, IEEE, API və digər müvafiq standartlar haqqında biliklər;
  • Test və yoxlama cihazları ilə işləmə bacarığı (Multimeter, Megger, Hi-pot cihazı və s.);
  • Texniki sənədlərlə işləmək və yoxlama protokollarını doldurmaq bacarığı;
  • Azərbaycan və İngilis dillərində texniki sənədləri oxuma və yazma bacarığı;
  • Güclü təşkilati və analitik düşüncə qabiliyyəti;
  • ISO 9001 və ya digər keyfiyyət menecmenti sistemləri üzrə biliklər;
  • Kompüter bilikləri: MS Office, AutoCAD, və ya digər texniki proqramlar;
  • SƏTƏM (Təhlükəsizlik və Ətraf Mühit) qaydaları üzrə biliklər.


Oxşar vakansiyalar