Bakı,
Azərbaycan
14.07.2025 23:47
-
14.08.2025 12:00
İş haqqında məlumat
- Əkin sahələrində gündəlik müşahidələr aparmaq və aqronoma yazılı məlumat təqdim etmək.
- Xəstəlik, zərərverici və alaq otlarının ilkin əlamətlərini vaxtında aşkar edərək qeydiyyatını aparmaq.
- Gübrə, pestisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqinə nəzarət və istifadə göstəricilərini toplamaq.
- Sahələrdə suvarma işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək.
- Texnoloji xəritələrin icrasını müşahidə etmək və uyğunsuzluqları rəhbərliyə bildirmək.
- Bitki inkişaf mərhələlərinə uyğun yemləmə və qulluq tədbirlərinə dəstək vermək.
- Anbar və sahə arasında material axınının (gübrə, toxum və s.) qeydiyyatına dəstək olmaq.
- Ay ərzində görülən işlərlə bağlı sadə formatda hesabatların hazırlanmasına yardımçı olmaq.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit qaydalarına əməl etmək;
- Struktur: Ağcabədi təsərrüfatı
- Birbaşa tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- Funksional tabe olduğu şəxs: Əməliyyatlar departamenti rəhbəri
- İş yeri: Ağcabədi rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00).
Tələblər
- Kənd təsərrüfatı və ya aqronomiya üzrə texniki və ya ali təhsil (kollec və ya bakalavr səviyyəsi).
- Əkinçilik sahəsində minimum 6 ay – 1 il praktiki təcrübə (təcrübə dövrü daxil olmaqla).
- Müşahidəçilik, qeydiyyat və hesabat hazırlama bacarığı.
- Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik.