Bakı,
Azərbaycan
18.04.25
-
18.05.25
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili;
- Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
- Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;
- Ödəniş tapşırıqlarının hazırlanması;
- Ödənişlərin olunması, internet bankla işləmə bacarığı;
- Elektron qaimələrin kəsilməsi, sənədlərin uçotunun aparılması (hesab-faktura,təhvil-qəbul aktı, qiymət razlışma protokolu və.s);
- Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
- E-portal proqramı ilə işləmə bacarığının olması;
- e-taxes.gov.az və digər portallardan istifadə edilməsi;
- Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
- Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
- Korporativ nömrə və danışıq balansı;
- “ACCA” imtahanlarına girişin ödəniş haqqının şirkət tərəfindən qarşılanması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Tələblər
- Təhsil: Ali;
- Yaş: 25-35;
- MS Office proqramlarını yaxşı bilməli;
- ERP bilikləri olanlara üstünlük verilir;
- Azərbaycan və ingilis dilləri yaxşı, rus dili üstünlük;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq.