Bakı,
Azərbaycan
29.04.25
-
29.05.25
İş haqqında məlumat
- Satış və alış əməliyyatlarının uçotu və nəzarəti;
- Müştərilər və partnyorlarla qarşılıqlı hesablaşmaların aparılması;
- Bank çıxarışlarının 1C proqramında işlənməsi və gündəlik yoxlanması;
- Debitor və kreditor balanslarının uzlaşdırılması və analiz edilməsi;
- Qaimə-fakturaların, müqavilələrin, aktların hazırlanması və sistemə daxil edilməsi;
- Kassa əməliyyatlarının və nəğd vəsait hərəkətlərinin uçotu;
- Vergi portallarında e-qaimələrin hazırlanması və bəyannamələrin dəstəklənməsi;
- Ezamiyyə və əmək haqqı sənədlərinin işlənməsi və uçotu üçün ilkin hazırlıq;
- Baş mühasibə hesabatların hazırlanmasında yardım;
- Ay və il sonu bağlanış prosedurlarında iştirak;
- Rəqabətli əmək haqqı + motivasiyaedici bonus sistemi;
- Rəsmi əmək müqaviləsi və tam sosial təminat;
- Peşəkar və öyrədici iş mühiti;
- Şirkət daxilində karyera inkişafı və təlim imkanları;
- Gözəl ofis mühiti və müasir texniki avadanlıq;
- Müxtəlif beynəlxalq layihələrdə iştirak imkanı;
- İş yeri: Bakı, Azərbaycan;
- Şirkət: Baku Holiday Travel – 10 ildən artıq fəaliyyət göstərən aparıcı turizm şirkəti;
- İş qrafiki: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00–18:00);
- Vəzifə səviyyəsi: Təcrübəli Junior / Orta səviyyəli Mühasib.
Tələblər
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi ;
- 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı (ERP təcrübəsi üstünlükdür);
- MS Excel üzrə yaxşı səviyyədə biliklər (formullar, pivot table, VLOOKUP və s.);
- Vergi qanunvericiliyi və rəsmi hesabat tələbləri üzrə minimum biliklər;
- Diqqətli, məsuliyyətli, komanda ilə işləməyə açıq və təşəbbüskar yanaşma;
- Mühasibat uçotunun detalları ilə sistemli işləmə bacarığı.