Bakı,
Azərbaycan
05.09.2025 04:19
-
05.10.2025 12:00
İş haqqında məlumat
- Bank vasitəsilə köçürmə əməliyyatlarının icrası;
- Aylıq ödənişlərin vaxtında həyata keçirilməsi;
- Müştərilər üçün müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi;
- Müştərilərə təqdim olunan mallar və xidmətlər üzrə hesab-fakturaların və qaimə-fakturaların tərtib edilməsi;
- Satış müqavilələrinin və digər əlaqəli sənədlərin hazırlanması və arxivləşdirilməsi;
- Satış əməliyyatlarının ERP və ya digər mühasibat proqramlarında qeydiyyatı və izlənməsi;
- Nağd və qeyri-nağd satışların dəqiq uçotu və sənədləşdirilməsi;
- Sənədlərin düzgün arxivləşdirilməsi və təhlükəsiz saxlanılması;
- Birbaşa rəhbər tərəfindən verilən digər sahə üzrə tapşırıqların yerinə yetirilməsi.
İş şərtləri:
- İş qrafiki: 10:00 – 19:00, bazar günü istirahət;
- İş yeri: Ağ şəhər, Bakı;
- Əmək haqqı: 600 AZN;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Rəsmi əmək müqaviləsi.
Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Kiçik Mühasib” yazmaqla göndərmələri xahiş olunur.
Tələblər
- Mühasibatlıq və bank əməliyyatları üzrə iş təcrübəsi arzuolunandır;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- ERPvə digər mühasibat proqramlarında işləmə bacarığı;
- Analitik düşüncə və detallara diqqət;
- Məsuliyyətlilik, operativlik və komandada işləmə bacarığı;
- Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı;
- Bəy və xanım namizədlər müraciət edə bilərlər.