Bakı,
Azərbaycan
21.07.2025 09:10
-
21.08.2025 12:00
İş haqqında məlumat
- Kimyəvi proseslərin texnoloji ardıcıllığını təmin etmək, xammaldan keyfiyyətli məhsulun alınmasına qədər olan mərhələləri nəzarətdə saxlamaq və optimallaşdırmaq;
- İstehsalatda istifadə olunan kimyəvi proseslərin texnoloji rejimlərinə nəzarət etmək;
- Kimyəvi xammalların, yarımfabrikatların və hazır məhsulların keyfiyyətini yoxlamaq və nəticələri sənədləşdirmək;
- Yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması və istehsalat itkilərinin azaldılması üzrə təkliflər vermək;
- Kimyəvi reaksiya şəraitlərini (temperatur, təzyiq, zaman və s.) optimallaşdırmaq;
- Kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik texnikası qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- İstehsalat zamanı baş verə biləcək kimyəvi nasazlıqların və təhlükəli vəziyyətlərin qarşısını almaq;
- Laborator analizlərin nəticələrinə əsaslanaraq prosesin keyfiyyətinə nəzarət etmək;
- Müəssisədə tətbiq olunan texniki sənədləri (texnoloji xəritələr, təlimatlar, göstərişlər və s.) hazırlamaq və yeniləmək;
- Qanunvericiliyə və standartlara uyğun sertifikatlaşdırma və yoxlamalarda iştirak etmək;
- Aylıq və ya illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İş saatı 08:00 dan 17:00;
- İş yeri Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi.
Tələblər
- Ali təhsil (kimya, kimya mühəndisliyi və ya texnoloji ixtisaslar üzrə);
- İxtisas üzrə minimum 1-3 il iş təcrübəsi (məhsuldar istehsalat sahələrində üstünlükdür);
- Ümumi və analitik kimya üzrə dərin biliklər;
- Texnoloji proseslərin avtomatlaşdırılması və nəzarəti sahəsində anlayış;
- Laborator analiz metodları və avadanlıqları üzrə təcrübə;
- MS Office proqramlarında işləmə bacarığı;
- Müstəqil işləmək və problem həll etmək bacarığı;
- Texniki sənədlərlə işləmək bacarığı;
- İşdə diqqətlilik və dəqiqlik;
- Komanda ilə işləmə qabiliyyəti;
- Peşəkar etik davranış və məsuliyyət hissi;
- Təhlükəsizlik qaydalarına ciddi riayət.