Bakı,
Azərbaycan
29.04.25
-
29.05.25
İş haqqında məlumat
- Kommersiya məsələləri üzrə direktorun qərar qəbuletmə prosesində dəstək vermək, lazımi məlumatları toplayıb təqdim etmək;
- Kommersiya ilə əlaqəli sənədlərin hazırlanması, redaktə edilməsi və arxivləşdirilməsi;
- Müştəri sorğularını cavablandırmaq, əlaqələr qurmaq və müştəri məmnuniyyətini izləmək;
- Bazarın analizi, rəqib və təchizatçı təkliflərinin monitorinqi;
- Müəyyən edilmiş tapşırıqları vaxtında yerinə yetirmək və hesabat təqdim etmək;
- Qiymət siyasətinin hazırlanmasında və nəzarətində kömək etmək;
- Müqavilələr və təchizatlar üzrə öhdəliklərin yerinə yetirilmə müddətlərinin izlənilməsi;
- Kommersiya fəaliyyətlərinə aid xərclərin və büdcənin izlənilməsi, direktorun göstərişi ilə xərclərin optimallaşdırılması;
- Şirkətin digər şöbələri ilə ümumi məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqələrin qurulması.
Tələblər
- Ali təhsil;
- Tikinti sahəsində iş təcrübəsi arzuolunandır;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları.