Bakı,
Azərbaycan
15.05.25
-
15.06.25
İş haqqında məlumat
- Hədəf auditoriyasının analizi və mütəmadi araşdırılması, müxtəlif kommunikasiya konsepsiyalarının hazırlanması, PR planlarının, media planlarının və zərurət olduqda brendinq planlarının hazırlanması;
- Mənaların, memlərin və vizualların yaradılmasında iştirak edən kopirayterlər, SMM menecerləri və digər mütəxəssislərlə sıx əməkdaşlıq;
- Hədəf auditoriyası və cəmiyyət daxilində marka, təşkilat və ya qurumun tanıdılması və mövqeləndirilməsi üçün lazım olan ideya, məna və vizualların seçilməsi;
- Böhran (fors-major, fövqəladə hal) kommunikasiya hallarının analizi, markanın, məhsulun və ya qurumun ətrafında yaranan neqativ dalğaların qarşısını almaq və neytrallaşdırmaq üçün əsas faktorların müəyyən edilməsi və taktikaların hazırlanması;
- Markaya dair və onun rəsmi hesablarında yaradılan kontentin keyfiyyətinin qiymətləndirilməsi, risklərin təhlili, böhran vəziyyətlərinin idarəsi üçün şablon və ssenarilərinin hazırlanması;
- Kommunikasiya mahiyyətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Enerjili, pozitiv, nəticəyönümlü, iş keyfiyyətini itirmədən sürətli şəkildə müxtəlif tapşırıqlar arasında keçid edə bilən, fərqli insanlarla ünsiyyət qurmağa hazır olan;
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidir;
- Marketinq və ya media sahəsində iş təcrübəsi və bacarıqları vacibdir;
- Fikirlərini aydın və əlçatan şəkildə ifadə edə bilməli, mövqeyini konkret şəkildə müdafiə etməyi bilməlidir, sistemli düşünmə qabiliyyətinə sahib olmalıdır;
- Kommunikasiya sahəsində böhran vəziyyətlərini idarə etmək bacarığı vacibdir. Layihə koordinatoruna tabedir;
- Ali təhsil tələb olunur (jurnalistika, marketinq, politologiya, sosiologiya);
- Yaş: 28–33.