Bakı,
Azərbaycan
08/04/2026
-
22/04/2026
İş haqqında məlumat
- Bölmənin üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin yerinə yetirilməsinə nəzarət etmək və lazımi dəstəyi göstərmək;
- Bölmədə hüquqi işlərin görülməsinə metodiki rəhbərliyi həyata keçirmək;
- Bölmənin fəaliyyəti ilə bağlı olan Cəmiyyətdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak etmək və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlamaq;
- Cəmiyyətdaxili sənədlərin (siyasətlər, prosedurlar, qaydalar, müqavilələr və s.) layihələri üzrə hüquqi ekspertizanı həyata keçirmək;
- Cəmiyyət tərəfindən imzalanan müqavilələrin tərtib edilməsi zamanı meydana çıxan hüquqi məsələlər (problemlər) üzrə Cəmiyyətin aidiyyəti struktur bölmələrinə rəylər və məsləhətlər vermək;
- Cəmiyyət daxilində müqavilə dövriyyəsi və əlaqədar proseslərin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Bölmədə işin düzgün təşkil edilməsi və işçilər arasında düzgün iş bölgüsünün aparılmasını, Departamentin əsasnaməsi ilə müəyyən olunan və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək.
Tələblər
- Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
- Güclü təşkilati bacarıqlara malik olmalı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
- Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.