Sirab ASC

Korporativ performansın idarəolunması üzrə ekspert

Sirab ASC
Ə/h razılaşma ilə
974
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 03:29 - 08.10.2025 12:00

İş haqqında məlumat

  • Performans idarəetmə sisteminin mövcud prosedurlara uyğun icrasını təmin etmək;
  • Müxtəlif departamentlərdən toplanan məlumatların analizi və hesabatların hazırlanması;
  • Performans göstəricilərinin (KPI-ların) aylıq olaraq izlənilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;
  • Çarpaz yoxlamaların icrasını təmin etmək və nəticələr əsasında düzəlişlər aparmaq;
  • Uyğunsuzluq halları aşkarlanarsa operativ şəkildə müdaxilə etmək və problemin həlli üçün tədbirlər görmək;
  • Şirkətin strateji hədəflərinin vaxtında və plan üzrə icrasına nəzarət etmək;
  • Performans nəticələrinin mütəmadi olaraq analiz edilməsi və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Səmərəliliyin artırılması məqsədilə yeni performans ölçmə alətlərinin və metodlarının tətbiqini təşəbbüs göstərmək;
  • Departamentlərarası əlaqəni gücləndirmək və əməkdaşlıq mədəniyyətini dəstəkləmək;
  • İcra proseslərinə birbaşa müdaxilə etmək və nəticələrin yüksəldilməsi üçün səlahiyyət çərçivəsində tədbirlər həyata keçirmək.

İş vaxtının norması:

  • 5 günlük növbəli iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

İş yeri:

  •  Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5). 

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Korporativ performansın idarəolunması üzrə ekspert” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, Menecment və ya əlaqəli sahələr üzrə);
  • Performans idarəetməsi, analitika və ya proseslərin idarə olunması sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • KPI sistemlərinin qurulması və idarə olunması üzrə bilik və bacarıqlar;
  • Güclü analitik düşünmə, məlumatların təhlili və hesabat bacarıqları;
  • MS Excel və digər analitik proqramlarda yüksək səviyyəli işləmə bacarığı;
  • Yüksək məsuliyyət, operativlik və detallara diqqət;
  • Komanda ilə işləmə və departamentlərarası əlaqələri effektiv idarəetmə bacarığı.