Bakı,
Azərbaycan
14.04.25
-
14.05.25
İş haqqında məlumat
- Kranın yük cədvəli ilə tanış olmalı, istənilən bir problem, məsələn aparın ümumi baxış və ya təmirə ehtiyacı olması barədə sahibkarı məlumatlandırlmalı;
- Sahədə kranla bağlı aparılan bütün yoxlanış, təmir və ya digər işlərin nəticələrini qeydiyyat jurnalında qeyd etməli və ya məruzə betməlidir;
- Kran, qaldırıcı kəndir və ya yük ilə elektrik xətti arasında məsafə qanunvericilik ilə nəzərdə tutulduğundan çox olarsa, operator işi dayandırmalıdır;
- Həyata keçirilməsi nəzərdə tutulan əməliyyat və müvafiq təələblər barədə ərazi nəzrətçisi ilə müzakirə aparmalıdır;
- Yük cədvəlini yoxlayaraq, kranın hər bir qaldırma əməliyyatı üçün kifayət qədər qaldırma gücünə malik olmasını təmin etməlidir;
- Yük cədvəlinə müvafiq olaraq istehsalçının əməliyyata dair göstərişlərinə əməl etməlidir;
- İşarəverən ilə əlaqə saxlamalıdır;
- Əməliyyat zamanı köməkçinin təhlükəsiz yerdə olmasını təmin etməlidir;
- Səliqəli, nəzarət altında və təhlükəsiz işləməlidir;
- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamaq, kranın əsas hissələrini vizual olaraq baxış keçirmək, istiqamətləndirici və yükqaldırıcı hissəsinin vəziyyətini yoxlamaq;
- Hazır məhsulların dəzgahların üzərindən götürməli və yük maşınlarına yükləmə işini dəqiq formada icra etməli.
Tələblər
- Təcrübə tələbi - 3-5 il;
- Təhsil - Peşə təhsili;
- Ixtisas - Orta təhsil;
- Dil biliyi - Rus dili-Zəif;
- Komputer bacarıqları - Outlook email sistemi;
- Əmək haqqı - Müsahibə əsasında təyin ediləcək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın mühafizə qaydalarına riayət etmək;
- Kranı idarəetmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikatı olmalıdır.