Bakı,
Azərbaycan
03.06.2025 10:31
-
03.07.2025 12:00
İş haqqında məlumat
- Ticarət mərkəzinin tanıtımı məqsədilə yaradıcı marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
- Onlayn və oflayn kanallar üzrə effektiv kommunikasiya strategiyalarının hazırlanması.
- TV və radio reklamları, sosial media videoları, Reels və digər məzmun növləri üçün orijinal və cəlbedici konseptlərin işlənməsi;
- Festival, tədbir və interaktiv aksiyaların ideyalaşdırılması və təşkilinə rəhbərlik etmək;
- Daxili marketinq komandası və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edərək layihələrin həm orijinallığının, həm də marketinq strategiyasına uyğunluğunun təmin edilməsi;
- Sektorla bağlı trendləri izləmək, yeni yanaşmalar tətbiq etmək və rəqabət üstünlüyü yaratmaq üçün innovativ yollar axtarmaq;
- Bütün kreativ materialların brendin üslubu, dəyərləri və məqsədləri ilə tam uyğunluğuna nəzarət etmək;
- İş yeri – Bakı şəhəri;
- 5 günlük iş həftəsi (09:00 – 18:00).
Tələblər
- Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
- Kreativ marketinq, reklam və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Orijinal ideyalar və layihələri əks etdirən yaradıcı portfolio;
- Video məzmunların hazırlanması, sosial media üçün yaradıcı paylaşımların (postlar) tərtibi və tədbir əsaslı kampaniyaların həyata keçirilməsi sahəsində təcrübə;
- FMCG, əyləncə, həyat tərzi brendləri və ya ticarət mərkəzlərində iş təcrübəsi üstünlük hesab olunur;
- Azərbaycan dilində yazılı və şifahi bacarıqların əla səviyyədə olması; ingilis dili biliyi arzuolunandır.