Bakı,
Azərbaycan
08.07.2025 12:11
-
08.08.2025 12:00
İş haqqında məlumat
- Laboratoriyada yerləşən avadanlıqlarla AZS, ГОСТ, ISO və digər müvafiq standartlara əsaslanaraq analizlərin aparılması;
- Təhlil üçün lazım olan məhlulların və qarışıqların hazırlanması və düzgün saxlanılması;
- İstifadə edilən cihazların texniki qulluğunun həyata keçirilməsi və təmiz saxlanılması;
- İş yerinin gigiyenik və texniki baxımdan təhlükəsiz və işə hazır vəziyyətdə saxlanılması;
- Təhlükəsizlik, sanitariya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
- Aylıq, rüblük və illik dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Laboratoriyada aparılan sınaqlar zamanı uyğunsuzluqlar müşahidə edildikdə prosesi dayandırmaq və rəhbərliyə məlumat vermək;
- Laboratoriyalararası müqayisəli analizlərin planlanmasında və icrasında iştirak etmək;
- Müqayisəli analiz nəticələrinə əsaslanaraq hesabatların hazırlanması və təqdim olunması;
- Ölçmə və analiz metodlarının araşdırılması, yeni metodların tətbiqi üzrə tövsiyələrin verilməsi;
- Avadanlıq və reaktivlərlə təminat vəziyyətinin izlənməsi, çatışmazlıqlar haqqında hesabatların hazırlanması;
- Sınaqların nəticələrinin izlənəbilənlik prinsipi üzrə tam sənədləşdirilməsi və arxivləşdirilməsi;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək;
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2.
Tələblər
- Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil;
- Ən azı 2 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır);
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis və rus dilləri – arzuolunandır;
- MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı;
- Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli;
- ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı;
- Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı;
- Analitik düşüncə və çevik qərarvermə bacarığı;
- Sanitariya və ekoloji təhlükəsizlik normalarına uyğun fəaliyyət göstərmək bacarığı;
- ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır);
- Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır.