Reel Agency

Layihə rəhbəri

Ə/h razılaşma ilə
1749
Tam iş günü
Bakı, Azərbaycan
15.04.25 - 15.05.25

İş haqqında məlumat

  • Layihələri idarə etmək. Bu həmçinin layihələrin - planlama, icra, və nəticələrin qiymətləndirilməsini idarə və təmin etmək deməkdir;
  • Komandanın layihə daxilində işinin izlənməsi, keyfiyyətin artırılması. Performansın izlənməsi və komanda ilə birlikdə işləmək;
  • Müştəri ilə güclü əlaqələr qurmaq, danışıqları aparmaq, yaxşı tanımaq və müştəri tələblərinə uyğun olaraq layihələrin inkişafını təmin etmək, müştəri məmnuniyyətini artırmaq. Layihələrin vəziyyəti ilə bağlı müştərilərə dəqiqləşdirmələr və hesabatlar təqdim etmək;
  • Sosial media layihələrinin effektivliyini ölçmək üçün analitika alətlərindən istifadə etmək və icraatı qiymətləndirmək. Hədəfə nail olmaq üçün strategiyaları tənzimləmək. Sosial media sahəsindəki yenilikləri izləmək və tətbiqi üçün təkliflər vermək;
  • Sosial media platformalarında mövcud olan krizlər və problemli məsələlər zamanı müştəri ilə münasibəti üst səviyyədə saxlamaqla, problemin tez və professional həllinə çalışmaq;
  • Şirkətin inkişafını təmin etmək üçün strateji planlar hazırlamaq və icra etmək. İş proseslərini və layihə idarə etmə prinsiplərini dəyişdirmək və inkişaf etdirmək;
  • Şirkətin nömrəsinə gələn müştəri zənglərinə uyğun şəkildə cavab vermək, tenderləri izləmək və satışın artırılması üçün digər yollar təklif etmək. Ehtiyac olduğu təqdirdə təkliflər hazırlamaq və göndərmək;
  • Çəkiliş qrupunun yönləndirilməsi, qiymət təkliflərinin alınması, cədvəllərin hazırlanması, izlənilməsi və s.;
  • Rəhbərlik tərəfindən gələn, yuxarıda qeyd olunan və olunmayan bütün işlərin şərtsiz icrasını təmin etmək;
  • Rəqabətə davamlı əmək haqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dostluq mühiti və dinamik komanda.

Tələblər

  • Ali təhsil;
  • Uyğun istiqamətdə ən az 1 il iş təcrübəsi;
  • Sosial media platformaları haqqında geniş məlumat və təcrübə;
  • Analitik düşünmə qabiliyyəti;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Müştəri yönümlü və nəticəyönümlü iş üslubu;
  • Müxtəlif dillərdə (ingilis, rus və s.) danışmaq və yazı yazmaq bacarığı.