Bakı,
Azərbaycan
22.04.25
-
22.05.25
İş haqqında məlumat
- Tikinti layihələrini Xidmətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihələndirmə işlərinin razılaşdırılmış müddətə və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihələr üzrə cizgiləri, iş həcmlərini, spesifikasiya sənədlərini yoxlamaq təsdiqləmək və icrasına nəzarət etmək;
- Layihələndirmə işlərini planlaşdırmaq, bu işlərə dair proqresi izləmək və rəhbərlik etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihələr üzrə həcmlərin cədvəllərinin tərtibatına rəhbərlik etmək;
- Layihələndirmənin monitorinqi üzrə işləri təşkil etmək;
- Layihələndirmə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən Xidmət daxili, layihəçi komandası, podratçı şirkətlər, dövlət qurumları və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Layihələrin bütün maraqlı tərəflərlə, o cümlədən dövlət qurumları ilə razılaşdırılmasını təmin etmək;
- Tenderlərin əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək və texniki tələbləri müəyyən etmək.
- Müqavilələrin xüsusi şərlətinin hazırlanmasına iştirak etmək və tələbləri müəyyən etmək.
- Layihələndirmə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
- İşçi resursların layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
- Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
- Sənədləşmə işlərinin təşkil edilməsi, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək;
- Nahar şirkət tərəfindən verilir;
- Ezamiyyət xərcləri qarşılanır;
- İş rejimi:tam iş rejimi, 6 gün;
- Iş saatı:,08:00-18:00, şənbə qısaldılmış iş günü.
Tələblər
- Layihələrin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
- İnşaat və ya Elektroenergetika mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Yüksək səviyyədə ünsiyyət, tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması;
- Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – yaxşı;
- Kompüter bacarıqları: MS Office, Autocad.