Bakı,
Azərbaycan
09.09.2025 11:28
-
09.10.2025 12:00
İş haqqında məlumat
- Böyük miqyaslı GIS və GPON FTTH layihələrini əlaqələndirmək, onların vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək;
- Layihə komandalarını idarə etmək, fəaliyyətlərini istiqamətləndirmək və vəzifələri bölüşdürmək;
- Mürəkkəb texniki məsələlər üzrə məsləhətlər vermək və komandaları problem həllində dəstəkləmək;
- Layihələr üçün texniki standartlar və iş prosesləri hazırlamaq, onların tətbiqinə nəzarət etmək;
- Mövcud GPON FTTH şəbəkələrinin performansını analiz etmək və optimallaşdırma təklifləri vermək;
- GIS analizləri aparmaq və coğrafi məlumatları strateji qərarların verilməsində istifadə etmək;
- Regional sahələrlə müntəzəm əlaqə saxlayaraq ehtiyaclara uyğun həllər təqdim etmək;
- Sahə tədqiqatlarını həyata keçirmək və coğrafi məlumatların toplanmasına rəhbərlik etmək;
- Şəbəkə quraşdırmaları və GIS işlərini nəzarətdə saxlamaq, yerində yoxlamalar aparmaq;
- Tikinti layihələri üzrə KMZ verilənlər formatı ilə işləmək, Fiziki Resursların İcmalı proqramına inteqrasiya etmək;
- OSS layihəsi çərçivəsində müəyyən tapşırıqların bölüşdürülməsi və nəzarəti;
- Google Earth və GIS platformalarında xəritələşdirmə, şəbəkə dizaynı və optimallaşdırılması;
- AutoCAD proqramında optik liflərin montaj sxemlərinin hazırlanması;
- GIS sistemlərində verilənlərin idarə olunması və optimallaşdırılması;
- Layihəyə dair texniki sənədlərin hazırlanması (planlar, spesifikasiyalar və s.);
- Optik avadanlıqların və montaj sxemlərinin izlənməsi və texniki tədqiqatların aparılması.
İş şəraiti:
- İş yeri: Bakı,Cəfər Xəndan 50;
- İş rejimi: Tam ştat,5 günlük iş (şənbə və bazar istirahət), İş saatı - 09:00-18:00.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Müraciət üçün: CV-nizi “Layihə üzrə Mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərin.
Tələblər
- Müvafiq sahədə ali təhsil - (İnformasiya Texnologiyaları);
- GPON FTTH və GIS sahəsində təcrübə (ən azı 2 il);
- AutoCAD, Google Earth, GIS proqramları ilə işləmək bacarığı;
- Analitik düşüncə və texniki qərarvermə bacarığı;
- Komanda ilə işləmək və liderlik bacarıqları;
- Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar olmaq.