Kənd Təsərrüfatı Nazirliyi

Layihələrinin idarə olunması üzrə aparıcı mütəxəssis

Kənd Təsərrüfatı Nazirliyi
Ə/h razılaşma ilə
887
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 04:09 - 08.10.2025 12:00

İş haqqında məlumat

  • Kənd təsərrüfatı infrastruktur layihələrinin hazırlanması və idarə edilməsində iştirak;
  • Layihələrin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasına dəstək;
  • Layihələrin icra qrafiklərinə uyğun monitorinq və hesabatların hazırlanması;
  • Kənd təsərrüfatı sahəsində beynəlxalq standartların, proqramların, qaydaların və praktikaların tətbiqi ilə bağlı layihələrin hazırlanması və icrasında iştirak;
  • Aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıqda iştirak;
  • Aqroparkların inkişafı və idarə olunması ilə bağlı layihələrdə iştirak;
  • Nazirliyin digər qurumları ilə qarşılıqlı əlaqəni təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “rəqəmsal media üzrə mütəxəssis/baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Təhsil: ali təhsil ( aqrar iqtisadiyyat, aqro mühəndislik, iqtisadiyyat, idarəetmə və əlaqəli ixtisaslar);
  • Staj: layihələrin idarəedilməsi üzrə 1-3 ildən az olmayaraq əmək stajı;
  • Xarici dil: ingilis dili və rus dili səlis bilikli namizədlərə üstünlük verilir;
  • Aqrar sahə üzrə beynəlxalq standartlar ( Global GAP, Halal və s) üzrə biliklər;
  • MS Office proqramları (MS Project, MS Excel, MS Visio, MS Power Point) üzrə işləmə bacarığı;
  • Analitik və yaradıcı düşüncə, təhlil aparmaq bacarığına malik olmaq;
  • Ünsiyyət, komanda ilə işləmə bacarığı;
  • Problemlərə sistemli yanaşma və qərarvermə qabiliyyəti;
  • Nəticəyə istiqamətlənmiş, prioritetləri müəyyən edə bilmək bacarığı.