SmartOn

Logistika üzrə aparıcı mütəxəssis

Smarton
Ə/h razılaşma ilə
1363
Tam iş günü
Bakı, Azərbaycan
08/04/2026 - 22/04/2026

İş haqqında məlumat

  • Şirkətin logistika proseslərinin planlaşdırılması və idarə olunması
  • Daşınma (yerli və beynəlxalq) proseslərinin təşkili və nəzarəti
  • Təchizatçılar və daşıyıcı şirkətlərlə əlaqələrin qurulması və idarə edilməsi
  • Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi
  • Anbar və ehtiyatların effektiv idarə olunmasına nəzarət
  • Logistika xərclərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Tam iş günü, 10:00-19:00, 7/5

Təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Peşəkar inkişaf imkanları
  • Stabil və inkişaf edən şirkətdə karyera perspektivi

Tələblər

  • Logistika, nəqliyyat və ya əlaqəli sahədə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
  • Yerli və beynəlxalq logistika prosesləri üzrə biliklər
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür
  • Azərbaycan dili səlis, ingilis dili minimum B2 səviyyəsində

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli, operativ, dürüstlük
  • Komanda ilə işləmə bacarığı
  • Stressə davamlılıq və çevik qərarvermə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.