Avromak MMC

Mağaza Müdiri

Avromak MMC
Ə/h razılaşma ilə
1000
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 12:48 - 08.10.2025 12:00

İş haqqında məlumat

  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Müəssisənin satış strategiyasına uyğun olaraq daxili və xarici bazarların araşdırılması;
  • Məhsullara müştəri tələbatlarının araşdırılması və müştəri ilə sifarişin razılaşdırılmasının təmini;
  • Müştəri bazasının saxlanılması və  satış üzrə məlumatın idarə edilməsi;
  • Tələbin və bazarın konyukturasının öyrənilməsi, sifarişlərin qəbulunun təşkil edilməsi və sənədləşmə işlərinin aparılması;
  • Mağaza daxilində məhsul düzülüşünün və vizual standartların qorunması;
  • Stok idarəçiliyi, inventar və sifariş proseslərinin nəzarətdə saxlanılması;
  • Mağazanın ümumi fəaliyyətinə nəzarət və gündəlik idarəetmənin təşkili.

İş şərtləri: 

  • Əmək haqqı - Razılaşma əsasında;
  • İş qrafiki: 5 günlük.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “subject” (mövzu) hissəsində “Mağaza müdiri” qeyd etməklə göndərməyiniz xahiş edilir. 

Tələblər

  • Ali təhsil;
  • Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Komanda idarəetməsi, motivasiya və liderlik bacarıqları;
  • Satış texnikaları və müştəri yönümlü yanaşma üzrə biliklər;
  • Problem həll etmə, qərarvermə və vaxt idarəetməsi bacarıqları;
  • Azərbaycan dilində səlis danışıq (Rus dili arzuolunandır).


Oxşar vakansiyalar