Bakı,
Azərbaycan
09.09.2025 11:31
-
09.10.2025 12:00
İş haqqında məlumat
- Rəhbərliyə təqdim olunacaq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında aidiyyəti zəruri məlumatları toplamaq;
- Aylıq, rüblük və illik hesabatları MHBS (IFRS) standartlarına uyğun tərtib etmək;
- Təşkilatın digər şöbələri ilə əməkdaşlıq edərək məlumat toplamaq;
- Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
- Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlilini həyata keçirərək səbəblərinin araşdırılması;
- Büdcə prosesi üçün lazım olan dövri məlumatların müqayisəli təhlilini aparmaq və fərqləri aşkara çıxarmaq;
- Büdcənin hazırlanması üçün aparılan müxabirləşmələrin yoxlanılması.
- Audit prosesinin vaxtında bitirilməsi üçün bütün lazımi məlumatların və sorğuların cavablandırılması;
- Tabe olduğu rəhbəri tərəfindən şöbənin fəaliyyətinə və iş bölgüsünə əsasən vəzifə funksiyaları əlaqəli verilən digər göstəriş və tapşırıqların icrasını təmin edir.
Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Tələblər
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit üzrə bakalavr dərəcəsi;
- ACCA F3 və F7 dərəcələrinə malik olmaq;
- Müvafiq sahədə 3 ilə qədər iş təcrübəsi;
- MS Office (mükəmməl səviyyədə excel bilikləri), 1C, SAP proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dili və rus dili bilikləri orta səviyyədə;
- Tapşırıqları sürətli yerinə yetirə bilmə və mükəmməl analitik bacarıqları.