Daşkəsən Dəmir Filiz MMC

Maliyyə şöbəsinin müdiri

Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
567
Tam iş günü
Bakı, Azərbaycan
25.07.2025 23:56 - 25.08.2025 12:00

İş haqqında məlumat

  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  • Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
  • Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) ;
  • İş vaxtı: 09:00 – 18:00.

Tələblər

  • Maliyyə ixtisası üzrə ali təhsili; 
  • Müvafiq sahədə 7 il,rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
  • Müvafiq sahəyə uyğun ACCA F3,F7,F9, DipİFR sertifikatların olması arzuolunandır;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili,rus dili bilikləri; 
  • Microsoft Office (xüsusilə Excell),1C proqram təminatından yüksək səviyyədə istifadə bacarığı


Oxşar vakansiyalar